media-photo_5467764178840919549_x
“Arşın mal alan” filminə Üzeyir bəy cəmi üç nəfəri sınaqsız təsdiq edib: Leyla Bədirbəylini Gülçöhrə roluna, Rəşid Behbudovu Əsgər roluna, bir də Lütfəli Abdullayevi Vəli obrazına.
ERAmedia xatırladır ki, Lütfəlini ilk dəfə kinoya dəvət edən böyük sənətkar Rza Təhmasib olub.
Lütfəli radio müsahibələrindən birində deyir: “Mənim aktyor kimi püxtələşməyimdə Hacağa Abbasov, Mirzağa Əliyev, Sidqi Ruhulla və Rza Təhmasibin rolu böyük olub. Onlar teatrda hər çıxışımdan sonra
səhnə arxasında mənimlə görüşər, dəyərli tövsiyələr verərdilər. Bir dəfə Rza Təhmasib məni özü ilə kinostudiyaya gətirib buradakı iş prosesi ilə tanış etdi və yaxın vaxtlarda “Arşın mal alan” filmində Vəli roluna dəvət edəcəyini dedi. Çəkiliş prosesində böyük sənətkarlar Rəşid Behbudovun, Leyla Bədirbəylinin, Münəvvər Kələntərlinin kino fəaliyyəti ilə yaxından tanış oldum. Bu da mənə tapşırılan rolun öhdəsindən gəlməyə çox kömək etdi”.

media-adspc

Bənzər xəbərlər