media-789594436_1777514483887672_3149626645076518858_n
Bu kitab əfsanəvi maliyyəçi və Nyu-York Fond Birjasında yer əldə edən ilk qadın, əfsanəvi Muriel Siebert (“Mickie”) fəaliyyətindən bəhs edir. İqtisadçı olmaq istəyən xanımlara oxumaq üçün TÖVSİYYƏ edilir.
Qərbdə uzun müddət (1960-70 ci illərə qədər) qadınların cəmiyyətdə, siyasətdə, dövlətdə üstün rola malik olmasına sərt qarşı olublar, onların hətta mülkiyyət hüququ belə olmayıb. 1960-cı illərdə böyüyən qadın hərəkatı iqtisadiyyatda kişilərin mütləq hakimiyyətini laxlatdı.
O zaman da mühüm maliyyə institutu olan və tarixən kişilərin klubu kimi tanınan Nyu York Fond Birjası iqtisadi hərəkatın mərkəzində dururdu. Qadınlar birjanın katibliyində kargüzar, çapçı və ya kuryer kimi işləyə bilərdilər. Amma onlara hətta ticarət zalına daxil olmağa belə icazə yox idi. Onlardan “katibə kimi geyinmək” tələb olunur və müştərilərlə görüşlərdə iştirak etməsinə icazə verilmirdi.
1943-cü il 28 aprel tarixində Birjanın zalına tarixdə ilk dəfə olaraq Helen Hanzelin adlı 18 yaşlı bir qız daxil oldu. Telefonlara cavab verən köməkçi vəzifəsinə işə düzəlmişdi. O, 151 il yaşı olan birjanın ticarət zalına daxil olan ilk qadın idi. Kişilərin reaksiyası çox sərt idi: fitə basmaq, qışqırmaq və istehza etmək.
Daha sonra bu məhduyyəti Alice Jarcho xeyli laxlatdı. O, Nyu-York Fond Birjasında ilk qadın broker oldu. O həm də, Harvard Biznes Məktəbində ilk qadın, Uoll-Stritin iri şirkətlərindən birində tərəfdaş statusu qazanan ilk qadın və Birjanın ticarət zalında daimi əsaslarla ticarət aparmaq hüququ qazanan ilk qadın idi. Bir neçə il sonra birjanı tərk edən Yarko 200 nəfərlik bir bölməyə rəhbərlik etməyə çalışdı. Amma bu zaman kişi əməkdaşlar Yarkoya tabe olmağa məcbur ediləcəkləri təqdirdə işdən çıxacaqları ilə hədələdilər. Yəni, kişilər bir qadına tabe olmaq istəmirdirlər.
Amma bununla belə onun portretləri — Uoll-Ttritin yüksək vəzifəli rəhbərlərin portretləri ilə yanaşı duraraq kişilərin mütləq hökmranlıq etdiyi mühitinə meydan oxuyurdu.
Bu mübarizədə son nöqtəni isə əfasanəvi Muriel Sibert qoydu. Ona həm də Uoll-Stritin “Birinci Xanımı” deyirdilər. Çox inadkar olan Muriel bütün sterotipləri qırmağı bacardı.
O, həm də Birjanın ticarət zalında qadınlar üçün tualetin quraşdırılmasını uğurla tələb etməsi ilə məşhurdur. Muriel buna nail olmaq üçün birbaşa zalın ortasında səyyar tualet quraşdırmaqla hədələmişdi. Bu traji-komik hadisə qadınların əsas hüquqları uğrunda mübarizənin rəmzinə çevrildi və bərabərliyin məhz bərabər şəraitdən başladığını nümayiş etdirdi.
Hazırda ABŞ-da özəl investisiya şirkətlərində qadınlar idarəedici direktorların cəmi 12%-ni, rəhbər vəzifəlilərin və tərəfdaşların isə cəmi 16%-ni təşkil edir. Birbaşa investisiyalarla bağlı qərarlar qəbul edən qurumlar olan investisiya komitələrindəki yerlərin onda birindən az hissəsi qadınlara məxsusdur.
Başqa sözlə, təəssüf ki, müasir dövrdə də, dünyanın uzunmüddətli gələcəyini müəyyən edən strategiyalar hazırlanarkən qadınların baxış bucağı adətən çox az nəzərə alınır.

media-adspc

Bənzər xəbərlər