Gəncədə evdə baş verən yanğın söndürülüb
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Gəncə şəhəri, Bağmanlar küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub.
ERAmedia-ya Nazirlikdən bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Gəncə Şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb edilib.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ümumi sahəsi 310 kvadratmetr olan ikimərtəbəli fərdi yaşayış evinin birinci mərtəbəsində baş vermiş yanğın genişlənərək digər mərtəbəyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində yeddiotaqlı evin birinci mərtəbəsində bir otağın yanar konstruksiyaları 55 kvadratmetr sahədə yanıb.
Xəsarət alan olmayıb.
Fərdi yaşayış evinin böyük hissəsi yanğından mühafizə olunub.









