media-d9

“Yaprak Dökümü” serialında canlandırdığı Ferhunde obrazı ilə tamaşaçıların yaddaşında qalan aktrisa Deniz Çakır uzun müddət davam edən fasilədən sonra televiziya ekranlarına qayıtmağa hazırlaşır.

ERAmedia xəbər verir ki, bir müddətdir televiziya layihələrində rol almayan məşhur aktrisanın yeni layihəsi bəlli olub. Deniz Çakır TV8 telekanalında yayımlanması planlaşdırılan “Mükemmel Anneler” serialının aktyor heyətinə daxil edilib.

Aktrisa ona təqdim olunan müxtəlif təklifləri dəyərləndirdikdən sonra Pem Yapım şirkətinin istehsalı olan yeni serialda çəkilməyə razılıq verib. Qadınların həyatından və dünyasından bəhs edəcək ekran əsərinin yanvar ayında TV8-də tamaşaçılara təqdim olunması nəzərdə tutulur.

Məlumata görə, Deniz Çakır yeni serialda Neslihan obrazını canlandıracaq. Layihənin rejissoru Koray Kerimoğlu, ssenari müəllifi isə Sevgi Yılmazdır.

“Yaprak Dökümü” serialında Ferhunde rolu ilə geniş tamaşaçı auditoriyasının rəğbətini qazanan aktrisanın uzun fasilədən sonra yenidən televiziya layihəsində yer alması diqqət çəkib.

Hələlik Neslihan obrazının süjet xəttindəki yeri və personajın hekayəsi ilə bağlı ətraflı məlumat açıqlanmayıb.

Vüsalə


media-adspc

Bənzər xəbərlər