media-pull

2027-ci ildə də Mərkəzi Bankın pul siyasətinin əsas məqsədi inflyasiyanın hədəf daxilində idarə edilməsi olacaq. Pul siyasəti qərarları makroiqtisadi proqnozlara və təhlillərə əsaslanacaq.

ERAmedia xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Taleh Kazımov “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin Milli Məclisin plenar iclasında müzakirəsi zamanı bildirib.

O qeyd edib ki, növbəti ildə də məzənnə makroiqtisadi sabitliyin başlıca dayaq nöqtəsi kimi çıxış edəcək. Xarici balansın profisitli olması valyuta bazarında tarazlığı dəstəkləyəcək. Pul bazarında qısamüddətli faizlər pul siyasətinin dəstəkləyici əməliyyat hədəfi olaraq istifadə olunacaq. Mərkəzi Bank mövcud alətlərdən istifadə etməklə qısamüddətli faizləri faiz dəhlizi daxilində idarə edəcək. Pul siyasətinin əməliyyat çərçivəsinin təkmilləşdirilməsi işləri davam etdiriləcək.


media-adspc

Bənzər xəbərlər