media-1779188172-1779187115614586730_1200x630

Azərbaycan regionun ən mürəkkəb və uzunmüddətli ərazi münaqişələrindən birini həll edib.

ERAmedia xəbər verir ki, bu sözləri iqtisadiyyat naziri Mikayıl Cabbarov Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “Şəhərlər bağlantılılığın mərkəzində: Şəhər yenidənqurması və regional əməkdaşlıq” mövzusunda xüsusi sessiyada çıxışı zamanı deyib.

O qeyd edib ki, Azərbaycan son 20 ildən az müddətdə yoxsulluq səviyyəsini 49 faizdən 5 faizə endirməyə nail olub.

“Şəhərlərin iqtisadi inkişafı ilə bağlantılılıq arasında güclü əlaqə yaradılmalı, bütün bu proseslərin mərkəzində isə insanların rifahının yüksəldilməsi dayanmalıdır”, – deyə o diqqətə çatdırıb.


media-adspc

Bənzər xəbərlər