media-1rreohqoaqw9vdgsqbynlfmcslzo6iabwlvmcziy_1200

Nigerin cənubunda iki avtobusun toqquşması nəticəsində azı 22 nəfər həlak olub.

ERAmedia xəbər verir ki, bu barədə ANP agentliyi ölkənin Nəqliyyat Nazirliyinə istinadən xəbər verib.

“İlkin məlumatlara görə, 17-si hərbçi olmaqla, 22 nəfər hadisə yerində həlak olub, 37 nəfər isə xəsarət alıb”, – deyə məlumatda bildirilir.

Nəqliyyat Nazirliyinin məlumatına əsasən, hadisə Madava departamentində, Duku Duku yaşayış məntəqəsinin çıxışında baş verib. Avtobuslardan birində əsasən Zinder şəhərindən olan hərbçilər olub.


media-adspc

Bənzər xəbərlər