Onların da testinin nəticəsi açıqlandı
Türkiyədə aparılan narkotik əməliyyatları çərçivəsində saxlanılan 23 məşhurun test nəticələri bəlli olub.
ERAmedia xəbər verir ki, Türkiyə Ədliyyə Tibb Qurumu ekspertizanın test nəticələrini İstanbul Cümhuriyyət Baş Prokurorluğuna təqdim edib.
Aparılan analizlər nəticəsində Ali Efe Bezci, Berdan Mardini, Enis Arıkan, Kenan Doğulu, Oğuzhan Beker, Ozan Doğulu, Tolga Çam və Yaşar İpekin narkotik testləri müsbət çıxıb.










