media-sotrudnichestvojpg_1730932731

Ekspert dairələrində və müzakirələr zamanı səsləndirilən narahatlıqlardan biri özəl sektorda əmək müqavilələrinin sayının azala və ya geri axının baş verə biləcəyi ehtimalı idi. Lakin əldə olunan müsbət nəticə göstərir ki, müqavilələrin sayında hər hansı azalma baş verməyib, əksinə özəl sektorda təqribən 50 minə yaxın əmək müqaviləsi artımı olub.

ERAmedia xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

O, bunun ölkəmizin kifayət qədər iqtisadi potensiala malik olduğunu sübut etdiyini bildirib və bu istiqamətdə işlərin sürətlə davam etdiriləcəyini qeyd edib.


media-adspc

Bənzər xəbərlər