media-samvel-karapetyan

Ermənistanda “Güclü Ermənistan” partiyasının lideri Samvel Karapetyanın saxlanıldığı barədə məlumat yayılıb.

ERAmedia xəbər verir ki, Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları siyasətçini İrəvandakı evinin arxa çıxışından çıxararaq naməlum istiqamətə aparıblar.

Məlumata görə, Karapetyan həmin vaxt hakimiyyəti ələ keçirməyə çağırışlarla bağlı cinayət işi üzrə ev dustaqlığında olub.

Axtarışlar zamanı “Ermənistan Elektrik Şəbəkələri” şirkətinin Direktorlar Şurasının üzvü Vardan Makaryanın da saxlanıldığı bildirilir. O, əvvəllər Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanın aparatına rəhbərlik edib, həmçinin Armen Sarkisyanın aparat rəhbəri vəzifəsini icra edib.

Ermənistan İstintaq Komitəsi iqtisadi cinayətlər və qaçaqmalçılıqla bağlı araşdırılan cinayət işi çərçivəsində 65 ünvanda eyni vaxtda axtarış aparıldığını açıqlayıb.

Karapetyan və Makaryanın saxlanılması barədə məlumatın rəsmi təsdiqi hələlik yoxdur.


media-adspc

Bənzər xəbərlər