media-17937977843729262051_1200x630

media-17937977843433944522_1200x630

Noyabrın 4-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Bakıda keçirilən yanğın-xilasetmə idmanı üzrə kişilər arasında XXI və qadınlar arasında XII dünya çempionatı çərçivəsində ölkəmizdə səfərdə olan nümayəndə heyəti ilə görüşüb.

Nümayəndə heyətinə Rusiya Federasiyasının mülki müdafiə, fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə naziri, Belarus Respublikasının fövqəladə hallar naziri, Özbəkistan Respublikası fövqəladə hallar nazirinin birinci müavini, Qırğız Respublikası fövqəladə hallar nazirinin müavini, həmçinin Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasının prezidenti daxildir.

ERAmedia-ya Nazirlər Kabinetinin mətbuat xidmətindən bildirilib ki, görüşdə yanğın-xilasetmə idmanı üzrə dünya çempionatının Bakıda keçirilməsinin əhəmiyyəti vurğulanıb, yarışın bu idman növünün inkişafına və iştirakçı ölkələr arasında peşəkar təcrübə mübadiləsinin genişləndirilməsinə töhfə verəcəyinə əminlik ifadə olunub.

Azərbaycanda fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, o cümlədən yanğın təhlükəsizliyinin təmin edilməsi, bu sahədə maddi-texniki bazanın möhkəmləndirilməsi və peşəkar kadr hazırlığı istiqamətində görülən işlədən bəhs edilib.

Görüşdə yanğın-xilasetmə idmanının inkişafı və bu sahədə beynəlxalq əməkdaşlığın daha da genişləndirilməsi məsələləri müzakirə olunub.


media-adspc

Bənzər xəbərlər