Dövlət sərhədini pozmağa cəhd göstərənlər saxlanılıb
Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin olunması və qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirləri uğurla davam etdirilir.
ERAmedia-ya Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən məluamat görə, DSX-nin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində 4 nəfər Əfqanıstan vətəndaşı İrandan Azərbaycan istiqamətinə dövlət sərhədini pozmağa cəhd edərkən saxlanılıb.
Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.










