media-snimok-jekrana-2025-08-20-101058
media-bant_master

Ermənistan İranla strateji tərəfdaşlıq sənədi imzalamaq istəyir.

ERAmedia xəbərə verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan dekabrın 25-də jurnalistlərlə söhbətində bildirib.

O, Tehranla münasibətlərin dinamik inkişafını yüksək qiymətləndirib: “İranla münasibətlərimiz çox yüksək səviyyədədir. İranla strateji tərəfdaşlıq sənədi imzalamaq istəyirik”.

Xatırladaq ki, Ermənistan 2025-ci ilin əvvəlində ABŞ ilə Strateji Tərəfdaşlıq Xartiyasını, ən son isə Avropa İttifaqı ilə Strateji Tərəfdaşlıq Gündəliyini imzalayıb.

Əli Fərhad


media-adspc

Bənzər xəbərlər