media-17949347712663934835_1200x630

2026-cı ilin “İdman Paytaxtı” Qazax şəhərində V İdman Festivalına start verilib.

 ERAmedia xəbər verir ki, festivalın ilk günündə 13-15 yaşlı yeniyetmələr üçün müxtəlif istiqamətlər üzrə təlimlər təşkil olunub.

Gün ərzində iştirakçılar ilkin yardım, hərbi-vətənpərvərlik, vokal, maketləşdirmə və xilasedici təlimlər üzrə məşğələlərdə iştirak ediblər.

Festival çərçivəsində yeniyetmələr qruplar şəklində ağırlıqqaldırma, atıcılıq, badminton, basketbol, boks, cüdo, futbol, gimnastika, həndbol, idman dırmanması, qılıncoynatma, qış idman növləri, oxatma, reqbi, stolüstü tennis, su idman növləri, taekvondo, tennis, triatlon, velosiped, voleybol və üzgüçülük növləri üzrə təşkil olunan məşğələlərdə iştirak edirlər.

Qeyd edək ki, festivala noyabrın 22-də yekun vurulacaq.

media-17949347714832857395_1200x630


media-adspc

Bənzər xəbərlər