media-qyawbae9rcowtagdj0pbe1cfhiprisupr84kzsgu_1200

Qətər Silahlı Qüvvələrinə məxsus helikopter texniki nasazlıq səbəbindən əmirliyin sahilləri yaxınlığında dənizə düşüb.

 ERAmedia TASS-a istinadən xəbər verir ki, bu barədə Qətər Müdafiə Nazirliyi məlumat yayıb.

“Hərbi helikopter gündəlik tapşırığı yerinə yetirərkən qəzaya uğrayıb və Qətərin ərazi sularına düşüb. Qəzanın səbəbi texniki nasazlıq olub”, – deyə əmirliyin müdafiə idarəsinin məlumatında bildirilir.

Hərbçilər əlavə ediblər ki, helikopterin ekipaj üzvlərinin və sərnişinlərinin axtarışı aparılır.


media-adspc

Bənzər xəbərlər