media-rusiya_suriya_flag_voa

18 ay davam edən danışıqlardan sonra Suriya və Rusiya Rusiyanın Hmeymim və Tartusdakı mövcudluğunun gələcəyi ilə bağlı razılığa gəliblər.

ERAmedia xəbər verir ki, bu barədə SANA agentliyi məlumat yayıb.

Memoranduma əsasən, Hmeymim hava limanı və Tartus limanının dördüncü kommersiya körpüsü də daxil olmaqla mülki obyektlər mərhələli şəkildə Suriya dövlətinin idarəçiliyinə keçəcək.

Hərbi obyektlər isə ənənəvi hərbi bazalar kimi fəaliyyət göstərmək əvəzinə, Suriya-Rusiya birgə təlim mərkəzlərinə çevriləcək.

Keçid prosesinin üç ay ərzində başa çatdırılması gözlənilir.


media-adspc

Bənzər xəbərlər