media-5ac329a7-f277-4e4d-8206-14b7e81b7640

Rusiya və Ukrayna arasında “175/175” formatında əsir mübadiləsi baş tutub.

ERAmedia  xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

“Aprelin 11-də Ukrayna tərəfindən 175 rus hərbçisi geri qaytarılıb. Əvəzində Ukrayna Silahlı Qüvvələrinin 175 hərbi əsiri qarşı tərəfə təhvil verilib. Həmçinin Ukrayna tərəfindən saxlanılan yeddi Rusiya vətəndaşı – Kursk vilayətinin sakinləri geri qaytarılıb, onlar evlərinə çatdırılacaqlar”, – deyə xəbərdə bildirilib.

Nazirlikdən verilən məlumata görə, Birləşmiş Ərəb Əmirlikləri rusiyalı hərbçilərin Ukraynadan geri qaytarılmasında vasitəçi qismində çıxış edib.


media-adspc

Bənzər xəbərlər