media-rusiya_3_1727679293-full-768x403

Dünyada müharibə və silahlı münaqişələrin genişləndiyi bir vaxtda Rusiyada hərbi xidmət sistemində yeni qərar qəbul edilib. Belə ki, Moskva şəhərində çağırış yaşında olan gənclərə məcburi hərbi xidmət əvəzinə pilotsuz uçuş aparatları (PUA) bölmələrində birillik müqaviləli xidmət keçmək imkanı yaradılıb.

ERAmedia xəbər verir ki, İHA bölmələrinə operator, mühəndis və dron texniki vəzifələri üzrə qəbul aparılır. Namizədlər arasında informasiya texnologiyaları (İT), elektronika, radiotexnika və aviamodelçilik sahələrində təcrübəsi olanlara üstünlük veriləcək.

Moskva Hərbi Komissarlığının rəhbəri Maksim Loktev TASS-a açıqlamasında bildirib ki, paytaxtda çağırış yaşında olan gənclərə məcburi hərbi xidmət əvəzinə İHA qoşunlarında birillik müqavilə imzalamaq imkanı təklif olunur.

Onun sözlərinə görə, təşəbbüsün əsas məqsədi gənclərin hərbi xidmət öhdəliyini yerinə yetirməklə yanaşı, müasir hərbi texnologiyalar sahəsində də ixtisaslaşmasına şərait yaratmaqdır.

Loktev qeyd edib ki, qəbul operator, mühəndis və dron texniki vəzifələri üzrə həyata keçirilir. Bu vəzifələr pilotsuz uçuş aparatlarının istismarı, texniki baxışı və təminatı ilə bağlıdır. Müqavilənin müddəti bir il təşkil edir və bu xidmət məcburi hərbi xidmətin alternativi hesab olunur.

Namizədlərin seçimində texniki bilik və təcrübə əsas meyarlardan olacaq. Xüsusilə İT, elektronika, radiotexnika və aviamodelçilik sahələrində bacarıqları olan gənclərin seçim zamanı üstünlük əldə edəcəyi bildirilir.

Son illərdə Rusiyada İHA bölmələrinin hərbi əhəmiyyəti əhəmiyyətli dərəcədə artıb. Moskvanın yeni təşəbbüsü texnologiyaya marağı və müvafiq bacarıqları olan gəncləri bu sahəyə cəlb etmək, eləcə də müqaviləli hərbi xidmətə marağı artırmaq məqsədi daşıyır.

Əli Fərhad


media-adspc

Bənzər xəbərlər