Rusiyanın 1336 dronun məhv edildiyini açıqlanıb
Noyabrın 16-na keçən gecə Rusiya hava hücumundan müdafiə qüvvələri Ukraynanın 1336 stasionar qanadlı pilotsuz uçuş aparatını ələ keçirərək məhv edib.
ERAmedia xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlik bildirib ki, dronlar Rusiyanın regionları, habelə Qara və Azov dənizləri üzərində vurulub.
Krasnodar diyarı üzrə əməliyyat qrupunun yenilənmiş məlumatlarına görə, Severskaya rayonunda iki azyaşlı da daxil olmaqla altı nəfər yaralanıb.
“Üç nəfər, o cümlədən bir uşaq xəstəxanaya yerləşdirilib, daha üç sakin isə ambulator müalicə alıb”, -deyə əməliyyat qrupu bildirib. Severskaya qəsəbəsində yaşayış binalarına ziyan dəyib, İlskdəki sənaye müəssisəsində yanğın baş verib.
Qubernator Yuri Slyusarın məlumatına görə, Rostov vilayətinin Azov şəhərində üç kişi yaralanıb və xəstəxanaya aparılıb. O əlavə edib ki, şəhərdəki dörd sənaye müəssisəsində yanğınlar baş verib. Millerovski rayonunun Roqalik kəndində dron qalıqları üç fərdi evə və qaz borusuna zərər vurub, yanğına səbəb olub.










