media-17863782821807954616_1200x630

Ukraynaya məxsus dronlar Rusiyanın Tümen vilayətinin Tobolsk şəhərindəki “ZapSibNeftexim” neft-kimya kompleksinə zərbə endirib. Dronlar 2000 kilometrdən çox məsafə qət edib.

ERAmedia xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Xüsusi Əməliyyat Qüvvələrinə istinadla məlumat yayıb.

Bildirilib ki, zərbədən sonra kompleksdə yanğın və dağıntılar qeydə alınıb.

Qeyd edək ki, “ZapSibNeftexim” Rusiyanın ən böyük neft-kimya kompleksidir və ölkənin strateji kimya sənayesi müəssisələrindən biridir.

Tobolskdakı kompleks geniş çeşiddə sənaye məhsulları üçün əsas xammal istehsal edir. Bunlardan, xüsusən də, Rusiyanın müdafiə sənayesi ilə bağlı istehsalatda istifadə olunur.


media-adspc

Bənzər xəbərlər