media-906864016_18469545472184340_181737948688984319_n
Almaniya Federativ Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dirk Lölke, Macarıstanın səfiri Tamaş Torma, Avstriya Respublikasının səfiri Ettienn Berxtold və Rumıniyanın səfiri Vasile Soare Sumqayıt şəhərində yerləşən alman əsirləri məzarlığını ziyarət ediblər.
ERAmedia xəbər verir ki, ziyarət zamanı hərbi əsirlərin xatirəsinə ucaldılmış abidənin önünə əklil və tər gül dəstələri qoyulub, burada dəfn olunanların xatirəsi ehtiramla yad edilib.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov bildirib ki, Azərbaycanda İkinci Dünya müharibəsi zamanı əsir düşmüş hərbçilərin dəfn olunduğu 11 məzarlıq mövcuddur. Ümumilikdə 2986 məzarın olduğu həmin məzarlıqlardan biri Sumqayıt şəhərində yerləşir.

media-adspc

Bənzər xəbərlər