media-615824796_1568838478088608_108318958202678537_n
media-616949527_1568838464755276_4705220086458058359_n
Enerji artıq sadəcə bir əmtəə deyil; bu, iqtisadi sabitliyin, milli təhlükəsizliyin və diplomatiyanın eyni vaxtda kəsişdiyi strateji bir sistemdir.
ERAmedia xəbər verir ki, bunu Milli Məclisin deputatı Tahir Mirkişili Türkiyənin Rizə şəhərində İkinci Beynəlxalq Qara dəniz Rizə Ayder Forumunda çıxışı ilə bağlı öz sosial şəbəkə hesabında paylaşım edib.
“Son illərdə enerji bazarlarındakı hər bir pozuntunun üç kanal vasitəsilə çox tez yayıldığını gördük: qiymətlərdən inflyasiyaya, təchizat pozuntularından sənaye istehsalına və geosiyasi gərginliklərdən təhlükəsizlik arxitekturasına.
Bu vəziyyət bizə göstərir ki, enerji artıq yalnız enerji nazirliklərinin məsələsi deyil; o, xarici siyasət, müdafiə, maliyyə, iqtisadi idarəetmə və texnologiya siyasəti ilə yanaşı həll edilməli olan əsas məsələyə çevrilib”.
Qeyd edək ki, forum Qara Dəniz İqtisadi Əməkdaşlıq Parlament Assambleyası (KEİPA), Rizə Valiliyi və Rizə Bələdiyyəsi ilə əməkdaşlıq çərçivəsində təşkil edilib.
Mələk Onur

media-adspc

Bənzər xəbərlər