Təhsil eksperti: “Narsisizm xəstəliyi pandemiya halını alıb”
Təhsil eksperti Etibar Əliyev sosial şəbəkələrdə ziyalıların və tanınmış şəxslərin paylaşımlarına göstərilən maraq arasındakı fərqə diqqət çəkib.
ERAmedia xəbər verir ki, o, folklorşünas, türkoloq, antropoloq, tərcüməçi, professor Arif Acalov haqqında yayımlanan maraqlı yazının cəmi 40 nəfər tərəfindən bəyənildiyini bildirib.
Ekspert qeyd edib ki, müğənni Nura Surinin sonuncu paylaşımını 500 nəfər, Şəbnəm Tovuzlunun bir fotosunu isə 1100 nəfər bəyənib.
Etibar Əliyev bu müqayisəni apararkən heç kimin, o cümlədən Nura Suri və Şəbnəm Tovuzlunun nüfuzunu kiçiltmək niyyətində olmadığını vurğulayıb.
O, mövcud mənzərəni belə şərh edib:
“Reallıq budur: ziyalının çevrəsinə eyni adı daşıyanlar daxil olmurlar. Narsisizm xəstəliyi “pandemiya” halını alıb”.
Ekspertin fikirləri sosial şəbəkələrdə ictimai maraqlar, ziyalılara münasibət və populyarlıq meyarları ilə bağlı müzakirələri yenidən gündəmə gətirir.
Vural









