media-1786097953355778675_1200x630

İngiltərənin Norfolk qraflığının Tetford şəhərində miqrasiya əleyhinə etiraz aksiyaları ilə əlaqədar iğtişaşların üçüncü gecəsində daha 2 nəfər saxlanılıb.

ERAmedia BBC-yə istinadla xəbər verir ki, Norfolk polisi təhlükəsizlik məqsədilə sığınacaq axtaran şəxsləri yaşadıqları evlərdən təxliyə edib. Polisin məlumatına görə, yaşı 40-dan yuxarı olan 2 kişi həbs olunub və bununla da, iğtişaşlarla bağlı saxlanılanların ümumi sayı 5-ə çatıb.

Avqustun 4-ü və 5-i axşam etirazçılar sığınacaq axtaranların yaşadıqlarını güman etdikləri evlərə daxil olmağa cəhd göstəriblər, hüquq-mühafizə orqanlarının əməkdaşları ciddi aqressiya ilə üzləşiblər.

Şahidlərin sözlərinə görə, 200-ə yaxın şəxsin iştirak etdiyi aksiya zamanı daş və yumurtalar atılıb, etirazçılar “onlar buradan getsinlər” şüarları səsləndiriblər.

Polis bildirib ki, kişi əməkdaşlardan 1-i daş zərbəsi alıb, qadın polis əməkdaşı isə ciddi xəsarət alıb. Norfolk polisi iğtişaşlarla bağlı araşdırmaların davam etdiyini və ictimai asayişin qorunması üçün əlavə tədbirlərin görüldüyünü açıqlayıb.


media-adspc

Bənzər xəbərlər