media-98888-1774538406

Ukrayna ordusu Aleksandrovski istiqamətində 480 kvadrat kilometr əraziyə nəzarəti bərpa edib.

ERAmedia  xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski deyib.

“Ukrayna Silahlı Qüvvələri Dnepropetrovsk bölgəsində səkkiz, Zaporojye bölgəsində dörd yaşayış məntəqəsinə nəzarət edir”, – Sırski bildirib.

Qeyd edək ki, mart ayında Ukrayna qoşunları təxminən 440 kvadrat kilometr ərazi üzərində nəzarəti bərpa etmişdi.


media-adspc

Bənzər xəbərlər