media-1751002192_1715434495_zelzele_1705668114-full-754x403

Aprelin 4-də Türkiyənin şərqində yerləşən və İranla həmsərhəd olan Van vilayətində 5,1 maqnitudalı zəlzələ olub.

ERAmedia Türkiyənin Fəlakət və Təcili Yardım İdarəsinə (AFAD) istinadla xəbər verir ki, yerli vaxtla səhər saat 8:52-də qeydə alınan yeraltı təkanların episentri Tuşba rayonunda olub.

Zəlzələnin episentri təxminən 7 km dərinlikdə yerləşib.

Xəsarət alanlar və ya dağıntılar barədə məlumat verilməyib.


media-adspc

Bənzər xəbərlər