media-17949007963551751780_1200x630

İşğaldan azad olunmuş Xocalı torpaqlarında aparılan genişmiqyaslı quruculuq və bərpa işləri çərçivəsində kənd təsərrüfatının ənənəvi sahələri də yenidən dirçəldilir. Rayon ərazisində geniş sahələrdə salınan yeni tut bağları yamyaşıl görüntüsü ilə göz oxşayır.

Aqrotexniki qaydalara uyğun şəkildə əkilən və müasir üsullarla becərilən bu tinglər gələcəkdə bölgədə ipəkçiliyin və baramaçılığın inkişafı üçün möhkəm yem bazası yaradacaq. /AZƏRTAC/

 


media-adspc

Bənzər xəbərlər