media-photo_5465417090882802024_x

ABŞ dövlət katibi Vensin Ermənistana Azərbaycana səfərini bir neçə kontekstdən qiymətləndirmək olar. ABŞ-in hər iki dövlətlə strateji tərəfdaşlığı, Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması, Zəngəzur dəhlizinin (Tramp marşrutunun) işə salınması, Azərbaycanın Trampın Sülh Şurasında və Qəzzadakı quruculuq işlərində iştirakı və s.

ERAmedia-ya açıqlamasında Milli Məclisin sabiq deputatı Qulamhüseyn Əlibəyli bu səfərə Zəngəzur dəhlizi kontekstində yanaşdıqda qeyd edib ki, Zəngəzur dəhlizi şərq-qərb və şimal-cənub marşrutlarının, bütövlükdə Avropanı Asiya ilə birləşdirən nəqliyyat xətlərinin kəsişdiyi strateji əhəmiyyət daşıyan bir qovşaqdır.

Onun sözlərinə görə, Zəngəzur dəhlizi həm də Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında və Rusiyadan asılılığınan aradan qaldırılmasında strateji əhəmiyyətə malikdir.

“Zəngəzur dəhlizi barədə çərçivə sənədinin imzalanması və bu layihənin icrası üçün vəsait ayrılması qlobal geosiyasətdə bu dəhlizin və bütövlükdə Cənubi Qafqazın oynadığı rolun və bu dəhlizin və məkanın ABŞ tərəfindən necə qiymətləndirilməsinin göstəricisi hesab oluna bilər.

ABŞ Zəngəzur dəhlizini təkcə Azərbaycanla Ermənistan arasındakı məsələ, Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirə bir marşrut kimi deyil, özünün Cənubi Qafqazda iştirakının həlledici amili kimi görür Başqa sözlə, ABŞ Cənubi Qafqazı özünün “həyati maraqları” dairəsinə aid olan qlobal geosiyasi məkan kimi, enerji və tranzit mərkəzi baxır və bu məkanda öz siyasətini Zəngəzur dəhlizi, Ermənistanla Azərbaycan üzərində qurur”, – deyə o bildirib.

Sabiq deputat vurğulayıb ki, bundan başqa, ABŞ Zəngəzur dəhlizinin işə düşməsini Azərbaycanla Ermənistan arasında qalıcı sülhə xidmət edən, bütövlükdə regional təhlükəsizliyə təminat verən amil kimi qiymətləndirir.

“Amerikanın himayəsi altında dəhlizin işə düşməsi həm də Rusiyanın bölgədən sıxışdırılıb çıxarılmasına, İranın bölgəyə təsir imkanlarının məhdudlaşdırılmasına gətirib çıxara bilər”, – deyə o əlavə edib.

Q.Əlibəylinin sözlərinə görə, bütövlükdə ABŞ vitse prezidentinin Ermənistana və Azərbaycana gözlənilən səfəri müstəqilliyimiz tarixində çox mühüm hadisə, həqiqətən də ölkəmiz üçün unikal bir şans hesab oluna bilər.

“Bu səfərin həm Ermənistanla Azərbaycan arasında sülhün və regionda təhlükəsizlik mühitinin möhkəmlənməsinə öz töhfəsini verəcəyi, həm ABŞ-la Azərbaycan arasında strateji tərəfdaşlığı inkişaf etdirəcəyi və müttəfiqlik səviyyəsinə yüksəlməsinə kömək edəcəyi, həm də Zəngəzur dəhlizinin işə düşməsini sürətləndirəcəyi şübhəsizdir”, – deyə sabiq deputat bildirib.


media-adspc

Bənzər xəbərlər