media-htmnnlabmildellyudc0fggr1vw3tay4tamokzmq_1200

Kariba gölündə qayığın qəzaya uğraması nəticəsində ölənlərin sayı 80 nəfərə çatıb.

ERAmedia xəbər verir ki, bu barədə Zimbabve Milli Polis Xidməti “X” sosial şəbəkəsində məlumat yayıb.

“Avqustun 11-də Kariba gölündə qayığın qəzaya uğraması nəticəsində ölənlərin sayı daha səkkiz cəsədin tapılmasından sonra 80-ə yüksəlib”, – paylaşımda bildirilib.

Daha əvvəl 72 nəfərin cəsədinin tapıldığı bildirilmişdi. Hadisə yerində axtarış-xilasetmə əməliyyatları davam edir. Bu əməliyyatlarda təkcə peşəkar xilasedicilər deyil, həm də yerli dənizçilər iştirak edirlər.

Qeyd edək ki, avqustun 11-də Zimbabvedəki Kariba gölündə 90 sərnişin daşınmasına icazə verilən, bunun əvəzinə göyərtəsində 160-a yaxın sərnişinin olduğu bərə aşıb. Hakimiyyət orqanlarının məlumatına görə, gəminin aşmasına həddindən artıq yüklənmə və güclü külək səbəb olub.


media-adspc

Bənzər xəbərlər