media-1767015141192535171_1200x630

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən yeni ilin ilk hərracı yanvarın 6-da keçiriləcək.

ERAmedia  Əmlak Məsələləri Dövlət Xidmətinə istinadla xəbər verir ki, hərraca 14 nəqliyyat vasitəsi çıxarılacaq. Avtomobillərin buraxılış tarixləri 1999-2013-cü illəri əhatə edir.

Məlumata əsasən, dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərrac yanvarın 13-də keçiriləcək. Hərraca 5 səhmdar cəmiyyətinin səhm paketi, 152 nəqliyyat vasitəsi çıxarılacaq. İştirak edəcək şəxslər xidmət və yeyinti sənaye sahələri üzrə səhmdar cəmiyyətlərinin səhmlərini özəlləşdirə bilərlər. Bunlar “Salyan broyler”, “Yevlax Yük Avtonəqliyyat”, “Yevlax Kəndnəqliyyat”, “Şıxlar Broyler” və “Xaçmaz Mexanizasiya Nəqliyyat” açıq səhmdar cəmiyyətləridir. Səhmdar cəmiyyətlərinin nizamnamə kapitalı 123 min 56 manatla 1 milyon 120 min 118 manat arasında dəyişir.


media-adspc

Bənzər xəbərlər