media-us_iran_flags

ABŞ administrasiyası Tehranın əldə olunmuş razılaşmaların şərtlərinə əməl etmədiyi qənaətinə gələrsə, İrana qarşı hərbi zərbələri yenidən başlada və dəniz blokadasını bərpa edə bilər.

ERAmedia xəbər verir ki, bu barədə ABŞ-ın vitse-prezidenti Ceyms Vens “Fox News” telekanalına müsahibəsində bildirib.

Jurnalistin ABŞ-ın belə addımlar atmasının mümkün olub-olmaması ilə bağlı sualını cavablandıran Vens, “Bu mümkündür”, deyə vurğulayıb.

Onun sözlərinə görə, Vaşinqtonun atacağı addımlar arasında dəniz blokadasının yenidən tətbiqi də ola bilər.

“Bu, blokadanın bərpası demək ola bilər. Bu, bir çox şeyi ifadə edə bilər. Bütün üstünlüklər bizim tərəfimizdədir. Əgər onlar razılaşmalara əməl etməsələr, hansı addımları atacağımıza özümüz qərar verəcəyik”, – deyə ABŞ vitse-prezidenti qeyd edib.

Vural


media-adspc

Bənzər xəbərlər