media-nobitex-app-logo-persian-on-260nw-2644447729

ABŞ Maliyyə Nazirliyi İranın ən böyük kriptovalyuta birjası olan “Nobitex”ə qarşı sanksiyalar tətbiq etdiyini açıqlayıb.

ERAmedia xəbər verir ki, bu barədə nazirliyin saytında yayımlanan press-relizdə bildirilir.

“”Nobitex” rejimə əhəmiyyətli dəstək göstərib, 2025-ci ildə İrana daxil olan bütün rəqəmsal aktivlərin 50%-dən çoxunu emal edib və İranın terror fəaliyyəti, sanksiyalardan yayınma cəhdləri və İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə bağlı əməliyyatlarla əlaqəli ödənişləri asanlaşdırıb. Buraya SEPAH-la əlaqəli fidyə proqramları (ransomware) fəaliyyəti də daxildir”, – deyə açıqlamada qeyd edilib.

Sanksiya siyahısına “Nobitex”in idarə heyətinin sədri, həmtəsisçisi və keçmiş baş icraçı direktoru da daxil edilib.

Bundan əlavə, ABŞ Maliyyə Nazirliyi İranın digər kriptobirjaları olan “Wallex”, “Bitpin” və “Ramzinex” barəsində də sanksiyalar tətbiq edib.

Nazirlik həmçinin bildirib ki, “İran iqtisadiyyatı sərbəst düşüş vəziyyətində olduğu bir vaxtda rejim korrupsiya məqsədləri üçün rəqəmsal aktiv texnologiyalarından istifadə etməyi seçib.

“Buna sanksiyalardan yayınma və ölkədən sərvətin çıxarılması daxildir. İrandakı hazırkı iqtisadi xaos Prezident Donald Trampın maksimal təzyiq kampaniyasının uğurlu olduğunu göstərir”, – deyə açıqlamada bildirilib.

Vural


media-adspc

Bənzər xəbərlər