media-280834

ABŞ Mərkəzi Komandanlığı (United States Central Command (CENTCOM)) İranla bağlı tətbiq edilən dəniz blokadasının ləğv edildiyini açıqlayıb. Bununla belə, tərəflər arasında əldə edilən razılaşmanın şərtlərinə tam əməl olunub-olunmadığını yoxlamaq məqsədilə ABŞ hərbi qüvvələrinin bölgədə qalmağa davam edəcəyi bildirilib.

ERAmedia-nın məlumatına görə, komandanlığın “X” sosial şəbəkəsində yayımlanan açıqlamasında qeyd olunub ki, ABŞ qüvvələri prezidentin göstərişi əsasında İran limanlarına və sahil bölgələrinə giriş-çıxış edən bütün dəniz nəqliyyatına tətbiq edilən blokadanı aradan qaldırıb.

Açıqlamada həmçinin vurğulanıb ki, ABŞ hərbi elementləri İranın razılaşma şərtlərini tam şəkildə yerinə yetirməsindən əmin olmaq üçün bölgədə bir müddət daha fəaliyyət göstərəcək.

Vural


media-adspc

Bənzər xəbərlər