media-vybdvh0nxphqpwl9z736tuw3jk1zbyzvnyteqe74_1200

ABŞ Hərb Nazirliyi (Pentaqon) ölkənin quru qoşunlarının İrana göndərilməsi ilə bağlı detallı hazırlıq aparıb.

ERAmedia xəbər verir ki, bu barədə “CBS News” telekanalı müzakirələrdən məlumatlı olan çoxsaylı mənbələrə istinadən məlumat yayıb.

Telekanal qeyd edir ki, hələlik qoşunların yeridilməsi ilə bağlı yekun qərar qəbul edilməyib. Məlumata görə, yüksəkrütbəli hərbi komandirlər belə bir ssenarinin həyata keçirilməsi üçün konkret hazırlıq sorğuları təqdim ediblər.

Mənbələrin sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp regionda quru qoşunlarının yerləşdirilməsi ehtimalını nəzərdən keçirir.


media-adspc

Bənzər xəbərlər