Rusiya Kiyevə raket zərbələri endirib
Rusiya ordusunun Ukraynanın paytaxtı Kiyev şəhərinə endirdiyi zərbələr dağıntılara səbəb olub.
ERAmedia-nın məlumata görə, Kiyev şəhər meri Vitali Kliçko bildirib ki, hava zərbələri nəticəsində Svyatoşin və Obolon rayonlarında yanğın baş verib.
Yerli “Teleqram” səhifələrinin yaydığı məlumata görə, hava zərbəsi zamanı metronun “Poçayna” stansiyasının girişi dağılıb.
Rusiya, Kiyevdən başqa Dnepr, Krivoy Roq, Kropivnitski, Vinnitsa, Sumı, Xarkov şəhərlərinə də hava zərbələri endirib.
Hava həyacanı siqnalı iki saata yaxındır ki, davam edir.










