“Ağ şəhər”də 49 mərtəbəli bina tikiləcək
Bakının “Ağ Şəhər” ərazisində şəhərə və sahilə mənzərəsi olan 90 metrlik müşahidə qülləsi yaradılacaq.
ERAmedia Qafqazinfo-ya istinadən xəbər verir ki, “Bakı Ağ Şəhər” layihəsinin əsas rəmzlərindən biri olan “Gilavar” kompleksi ictimai məkanları, əyləncə obyektlərini, iaşə müəssisələrini, yaxta klublarını və təxminən 185 metr hündürlüyündə 49 mərtəbəli yaşayış binasını birləşdirir.
Layihə “ADEC” şirkəti və “Bürc-Xəlifə” layihəsinin müəllifi, hündürmərtəbəli binaların memarlığı üzrə dünya lideri Amerikanın məşhur SOM bürosu ilə birgə hazırlanıb.
Foto süni intellekt vasitəsilə hazırlanıb.









