media-17938622774561028161_1200x630

Milli Kitabxanada “6 noyabr – Televiziya və Radio İşçiləri Günü” adlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.

Kitabxanadan ERAmedia-ya bildirilib ki, sərgidə Azərbaycan radio və televiziyasının tarixi, inkişaf yolu, müasir Azərbaycan televiziya efirində struktur nəzəriyyəsi, efir məkanının problemləri, radio-televiziyanın ədəbi dili, prinsipləri, reallıqları, perspektivləri və s. mövzularda yazılmış Azərbaycan və xarici dillərdə ədəbiyyatlar nümayiş olunur.

Hazırda 100 yaşını qeyd edən Azərbaycan Radiosunun yaranma günü ölkəmizdə televiziya və radio işçilərinin peşə bayramı günü kimi qeyd edilib.


media-adspc

Bənzər xəbərlər