media-1793738464_whatsapp-image-2026-11-03-at-23_54_40

AMİN İctimai Birliyi Azərbaycanın görkəmli şairi, Füzulişünas alim, filologiya elmləri namizədi Hacı Mail Əliyevin 90 illik yubileyinə həsr etdiyi “Ünvanı Vətəndir” adlı sənədli filmi ictimaiyyətə təqdim edib. Filmin ideya müəllifi Seyyid Ümmi, rejissoru Məhəmməd Mədəni, ssenari müəllifi Seyyid Əsridir.

ERAmedia xəbər verir ki, filmdə yer alan 40 nəfər ziyalı, o cümlədən AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitunun alimləri mərhum Hacı Mail Əliyevin bədii və elmi yaradıcılığı, mədəniyyətimizin inkişafında əvəzsiz xidmətləri, yüksək insani keyfiyyətləri və maarifpərvər ictimai fəaliyyətindən söz açıb, onun haqqında xoş xatirələri ilə bölüşüblər.
Filmdə Hacı Mailin oğlu, Əlyazmalar İnstitutunun böyük elmi işçisi Hacı Mustafanın təqdim etdiyi arxiv materiallarından istifadə edilmişdir.
Xatırladaq ki, Hacı Mail Əliyev 1935-ci ildə Bakının Nardaran qəsəbəsində anadan olub, 1999-cu ildə dünyasını dəyişib. Uzun müddət AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda çalışıb, bir çox kitabların tərtibçisi və redaktorudur.

Sənədli filmin tam versiyasını təqdim edirik:


media-adspc

Bənzər xəbərlər