Azərbaycan – Çexiya: Bu gün futzal üzrə milli matçı baş tutur
Dünya çempionatının əsas seçmə mərhələsi çərçivəsində bu gün futzal üzrə Azərbaycan millisi ilk ev oyununu keçirəcək.
ERAmedia xəbər verir ki, XII qrupda yer alan yığma Lənkəran Olimpiya İdman Kompleksində Çexiya komandası ilə qarşılaşacaq.
Saat 16:00-da başlayacaq görüşü İtaliyadan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Çiara Perona olacaq.










