media-916186750_1469106148735615_9148994517557114625_n
Kanadanın Baş naziri Mark Karni tanınmış aktyorla birlikdə ABŞ Prezidenti Donald Trampı parodiya edib.
ERAmedia xəbər verir ki, bu, Ottavada Parlament Mətbuat Qalereyasının ənənəvi illik şam yeməyi zamanı baş verib.
Görünüşcə özünü Trampa bənzədən aktyor zala daxil olan kimi ABŞ Prezidentinin ənənəvi rəqsini parodiya edib. Səhnəyə qalxaraq Kanada Baş naziri ilə Trampın məşhur salamlaşma tərzində əl sıxışıb və onu özünə tərəf çəkib.
Aktyor daha sonra Trampın əvvəllər Kanadanı ABŞ-nin 51-ci ştatı, Baş nazir Mark Karnini isə Kanadanın qubernatoru adlandırmasına işarə edərək deyib:
“Onu Mark adlandırıram. Üzünə baxıb ona qubernator demirəm, çünki qorxağam. Amma sövdələşmə möhtəşəm olacaq! Bunun qarşısındakı yeganə maneə isə mən özüməm, çünki bir qədər dəliyəm”.
Aktyorun Trampı təqlid etdiyi anlar Mark Karninin gülüşünə səbəb olub.
Linki izləyin:

media-adspc

Bənzər xəbərlər