media-zf4fj1bblstg2pr2bd0ytk36ok3nqvwzaxa6ydko_1200
Ermənistanın yeni Konstitusiyasının layihəsi dərc edildikdən sonra Baş nazir Nikol Paşinyanın paylaşdığı video sosial şəbəkə istifadəçilərinin diqqətini çəkib.
ERAmedia xəbər verir ki, Paşinyan Azərbaycanın toy məclislərində və rəqs repertuarında geniş səsləndirilən, şən və oynamaq üçün nəzərdə tutulan məhşur xalq mahnısı olan “Ay gəlinə bax, gəlinə…” melodiyasını erməni musiqiçilərin ifasında səsləndirməklə videonun fonunda yerləşdirib.
Mahnının erməni musiqiçilər tərəfindən ifa olunması və Paşinyanın yeni Konstitusiyasının layihəsi dərc edildikdən  və onun xalqa müraciətindən sonra sosial şəbəkələrdə yayılması diqqət çəkib.
Qeyd edək ki, “Ay gəlinə bax, gəlinə…” mahnısının mətni toy şənliklərində gəlinin gözəlliyini, zarafat və xoş arzuları ifadə edən yumoristik və şən sözlərdən ibarətdir.
Linkə keçid edin:

https://www.facebook.com/reel/1880270279775191


media-adspc

Bənzər xəbərlər