İcra başçısının satıcılarla səmimi söhbəti maraqla qarşılanıb: Halallığını ver
Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucovun bazarda satıcılarla söhbəti sosial şəbəkələrdə gündəm olub.
ERAmedia xəbər verir ki, icra başçısı bazara baş çəkərək satıcılarla söhbətləşib, məhsulların qiyməti, satış vəziyyəti və gündəlik ticarətlə maraqlanıb.
Videoda icra başçısı sakinlərlə söhbət zamanı satıcılardan birinə müraciət edərək götürdüyü məhsulun halallığını istəyib.









