media-45f189fd-358f-4d75-914e-2f52ec9c2399

media-fe2253b4c01c9e5452e79df1a87d3d02-jpeg

İki tarixi hamamımız rəsmi olaraq mədəni irs siyahısına daxil edildi!
Əsrlərin sınağından çıxmış, qədim Corat kəndimizin keçmişini və Abşeronun özünəməxsus memarlıq üslubunu özündə yaşadan iki tarixi hamam — XVI əsrə aid Hacı Məcid hamamı (“Köhnə hamam”) və XVII əsrə aid Hacı Əmrulla hamamı (“Təzə hamam”) uzun illər idi ki, rəsmi dövlət qeydiyyatından kənarda qalmışdı.
Nəhayət, gözlənilən tarixi qərar verildi! Baş nazir Əli Əsədovun imzaladığı müvafiq Qərarla “Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında” Qərara dəyişiklik edilib. Beləliklə, bu qədim tikililər rəsmən dövlət mühafizəsinə götürülən daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına daxil olunub.
Bu qərar təkcə iki memarlıq nümunəsinin qorunması deyil, həm də Coratın minilliklərə söykənən zəngin tarixinin, mədəniyyətinin və babalarımızın bizə əmanət qoyduğu irsin rəsmi təsdiqidir. İnanırıq ki, dövlət qeydiyyatına alındıqdan sonra bu abidələrimiz tezliklə bərpa olunacaq və gələcək nəsillərə layiqincə çatdırılacaq!
Tariximizə sahib çıxaq, irsimizi yaşadaq!


media-adspc

Bənzər xəbərlər