media-916186750_1469106148735615_9148994517557114625_n
Bəzən dünyanı dəyişmək üçün böyük ordulara yox, sadəcə bir kitab və bir qələmə ehtiyac var… Dahi beyinlər təkcə kəşflər edənlər deyil, həm də zülmətə qarşı işıq yandıranlardır.
ERAmedia xəbər verir ki, 2012-ci ildə Pakistanın Svat vadisində 15 yaşlı Məlalə Yusəfzay məktəbdən qayıdarkən başından güllələnir. Onun yeganə “cinayəti” oxumaq və qızların təhsil almasını istəmək idi. Cəhalət onu susdurmaq istədi, amma bacarmadı.
O, həyata qayıtdı və mübarizəsini qlobal hərəkata çevirdi:
17 yaşında tarixin ən gənc Nobel Sülh Mükafatı laureatı oldu. Dünyanın ən prestijli elm ocaqlarından biri olan Oksford Universitetini bitirdi.
Məlalə Yusəfzay öz sözləri ilə tarixə düşdü:
• “Silahlarla terrorçuları öldürə bilərsiniz, amma təhsillə terrorizmin özünü məhv edə bilərsiniz.”
• “Bir uşaq, bir müəllim, bir kitab və bir qələm dünyanı dəyişə bilər.”

media-adspc

Bənzər xəbərlər