media-17833364956468256306_1200x630

Azərbaycan, Misir və Türkiyə hərbi pilotlarının iştirakı ilə Konya şəhərində keçirilən “Anadolu Qartalı – 2026” beynəlxalq taktiki-uçuş təlimi yekunlaşıb.

ERAmedia-ya Müdafiə Nazirliyindən verilən məlumata görə, təlimdə ölkəmizi təmsil edən Azərbaycan Hərbi Hava Qüvvələrinin uçuş və texniki heyəti, həmçinin Su-25 hücum təyyarələri Vətənə qayıdıb.

Qeyd edək ki, döyüş effektivliyinin, uyarlılığın və birgə tapşırıqların icrasında hərbi qulluqçularımızın nümayiş etdirdiyi peşəkarlıq təlimin rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib.


media-adspc

Bənzər xəbərlər