media-88661
Hər şeyi nəzarətdə saxlamağa çalışan rəhbərlər bir müddət sonra hər şeyi onlardan soruşan əməkdaşların suallar dalğasında çırpınırlar. Ayıq (çoxbilmiş) əməkdaşlar bu rollar modelində öz məsuliyyətlərini də bəzən rəhbərin üzərinə ataraq hər şeyi ondan gözləmək vəziyyətinə gətir.
İlk başda aşırı nəzarət xüsusi güc və hakimlik həzzi verir. Əvvəlcə hər detalı bilmək istəyirlər. Sonra hər qərarı təsdiqləməyə, hər addımı yoxlamağa başlayırlar. Əməkdaşdan bir sual soruşur, cavabını gözləyir, ardınca daha dəqiq cavab almaq üçün növbəti sualı verir. Beləcə, idarəetmə prosesi getdikcə nəticələrə deyil, sual-cavab və hesabat dövrünə çevrilir.
Bu yanaşma nəzarət illüziyası yaratsa da, əslində üç ciddi problem formalaşdırır:
Təşəbbüs azalır: Əməkdaş qərar vermək əvəzinə rəhbərin növbəti sualını gözləyir.
Etimad zəifləyir: Məsuliyyət paylaşılmır, bütün qərarlar bir mərkəzdə cəmlənir.
Rəhbərin özü yüklənir: Ən xırda məsələlər belə onun diqqətini və vaxtını tələb edir.
Bu, sadəcə müşahidə deyil, araşdırmalarla da dəstəklənir.
American Psychological Association-ın 2023-cü il araşdırmasına görə, işçilərin 42%-i mikromenecmentə məruz qaldığını bildirib. Özünü mikromenecment altında hiss edənlərdə iş zamanı stress və gərginlik göstəricisi 64%, belə hiss etməyənlərdə isə 36% olub.
Gallup araşdırmaları isə işində müəyyən muxtariyyətə sahib olan əməkdaşların yüksək səviyyəli tükənmişlik yaşama ehtimalının 43% daha aşağı olduğunu göstərir.
Rəhbərlik hər detalı idarə etmək deyil, nəticəyə aparan sistemi qurmaqdır.
Bəxtiyar BƏXTİYAROV,
İdarəetmə və biznes üzrə təlimçi-konsultant
media-baxtiyar

media-adspc

Bənzər xəbərlər