Böhran qapınızı döyməmiş, siz onu döyün - ANALİZ
(Yaradacaq amilləri vaxtında görüb, təsirini azaltmaq).
Böhran biznesinizin qapısını döyəndə artıq gec ola bilər.
Azərbaycan sahibkarı böhrandan qorunmaq üçün satışların azalmasını, borcların artmasını və pul çatışmazlığını gözləməməlidir.
Vaxtında 5 addım atın:
1. Pul axınını izləyin. Mənfəətiniz ola bilər, amma ödənişlərinizi etməyə pulunuz çatmaya bilər.
2. Müştəri asılılığını azaldın. Gəliriniz bir neçə əsas müştəridən asılıdırsa, biznesiniz düşündüyünüzdən daha həssasdır.
3. Xərcləri və borcları nəzarətdə saxlayın. Gəlir azaldıqda belə biznesi ayaqda saxlamaq imkanınızı əvvəlcədən hesablayın.
4. Alternativ plan hazırlayın. Əsas təchizatçınız işləməsə, satışlarınız azalsa və ya xərcləriniz artsa, nə edəcəksiniz?
5. Riskləri mütəmadi yoxlayın. Problemlər böyüməmiş onları müəyyənləşdirin, məsul şəxsləri və konkret tədbirləri müəyyən edin.
Yadda saxlayın: Böhran zamanı pul tapmaq çətindir, etibarlı müştəri tapmaq vaxt aparır, itirilmiş bazarı geri qaytarmaq isə daha baha başa gəlir.
Biznesi qorumaq qorxaq olmaq deyil. Riskləri əvvəlcədən görüb, cəsarətlə və hesablanmış addımlarla irəliləməkdir. Böhran biznesinizə gəlməmiş, siz onun qarşısını almağa hazır olun.
Bəxtiyar BƏXTİYAROV,
İdarəetmə və biznes üzrə təlimçi-konsultant
İdarəetmə və biznes üzrə təlimçi-konsultant









