media-4071a65e-12aa-400a-aa11-e3cd35016255

Avropa kəşfiyyat qurumları Rusiyanın NATO üzvü olan Baltik ölkələri və Polşaya qarşı hərbi təxribat hazırlığında ola biləcəyini iddia edib.

ERAmedia xəbər verir ki, İngiltərə mətbuatında dərc olunan məlumata görə, Latviya kəşfiyyatı Rusiyanın Estoniya, Latviya, Litva və Polşanı hədəf ala biləcək məhdudmiqyaslı hərbi addımları nəzərdən keçirdiyini bildirib.

NATO üzvü olan ölkələrdən birinin yüksək vəzifəli siyasi mənbəsi də Rusiya prezidenti Vladimir Putinin xüsusilə Baltik ölkələri vasitəsilə NATO-nun həmrəyliyini sınaqdan keçirməyi planlaşdıra biləcəyini irəli sürüb.

Kəşfiyyat qiymətləndirmələrinə əsasən, Moskvanın genişmiqyaslı işğal əvəzinə raket, pilotsuz uçuş aparatları (PUA) və ya digər hibrid hücumlar vasitəsilə Qərbə “Ukraynaya dəstəyi dayandırın” mesajını verməyi hədəflədiyi iddia olunur.

Xəbərdə qeyd edilir ki, Ukrayna son aylarda Rusiyanın neft emalı zavodlarına, enerji obyektlərinə və hərbi infrastrukturuna qarşı uzaqmənzilli PUA hücumlarını artırıb. Analitiklərin fikrincə, bu hücumlar Rusiyanın enerji gəlirlərinə təzyiq göstərir və müharibə iqtisadiyyatını çətin vəziyyətə salır. Həmçinin bildirilir ki, Rusiyanın hava hücumundan müdafiə sistemləri uzaqmənzilli pilotsuz uçuş aparatlarına qarşı kifayət qədər effektiv hesab edilmir.

Digər tərəfdən, xəbərdə qeyd olunur ki, Rusiya prezidenti Vladimir Putin ötən həftə Qərbin Ukrayna ilə bağlı mövqeyini dəyişməyəcəyi təqdirdə, “fəlakətli nəticələrə səbəb ola biləcək nüvə zərbələri” endirilə biləcəyi barədə xəbərdarlıq edib.


media-adspc

Bənzər xəbərlər