media-img_5601
media-bant_master

Hazırda qlobal iqtisadiyyatda ciddi təlatümlər və volatillik müşahidə olunur. Bir tərəfdən geosiyasi gərginliklər və müharibələr qlobal iqtisadi artıma mənfi təsir göstərir, digər tərəfdən dünya ticarət dövriyyəsinin azalmasına və strateji məhsulların qiymətlərində dalğalanmalara səbəb olur.

ERAmedia-nın məlumatına görə, bu barədə deputat Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, 2025-ci ildə həm neftin, həm də digər strateji məhsulların qiymətlərində dəyişkənlik müşahidə edilib.

“Belə ki, neft və qazın qiymətlərində azalmalar qeydə alındığı halda, qızılın qiymətində artım olub. Qızılın bahalaşması əsasən qlobal iqtisadiyyatda mövcud olan qeyri-müəyyənliklə bağlıdır. Qlobal risklər artdıqca investorlar qızıl bazarına daha çox sərmayə qoymaqda maraqlı olurlar ki, bu da qiymət artımına səbəb olur. Bütün bu qlobal çətinliklərə baxmayaraq, Azərbaycan iqtisadiyyatı 2025-ci ildə iqtisadi artım tempini qoruyub saxlayıb. Ən mühüm məqamlardan biri iqtisadi artımda qeyri-neft sektorunun payının artmasıdır. Belə ki, ilin ötən dövründə neft-qaz və ümumilikdə enerji sektorunda 1,8 faiz azalma qeydə alındığı halda, qeyri-neft-qaz sektorunda təxminən 4 faiz artım olub. Bu göstəricilər qeyri-neft sektorunun 2025-ci ildə iqtisadi inkişafın əsas drayverinə çevrildiyini göstərir”, – deyə Vüqar Bayramov vurğulayıb.

Deputatın fikrincə, bu tendensiya iqtisadiyyatın diversifikasiyası və uzunmüddətli dayanıqlığın təmin olunması baxımından xüsusi əhəmiyyət daşıyır.


media-adspc

Bənzər xəbərlər