media-69d0a9d5d43aa69d0a9d5d43ab177528264569d0a9d5d43a869d0a9d5d43a9

Azərbaycanın mərhum Xalq artisti Muxtar Maniyevin illər əvvəl filmlərdə canlandırdığı maraqlı səhnələrlə bağlı dedikləri yenidən diqqət çəkib.

ERAmedia xəbər verir ki, sənətkar filmlərdə şillə vurduğu epizodların sanki taleyinə yazıldığını bildirib.

“Filmlərdə şillə vurmaq səhnələri mənim bəxtimə yazılıb. “Bəyin oğurlanması”nda Səyavuşu vurdum. “Qızıl uçurum” filmində Əliabbasa şillə çəkdim. Braziliya rejissorunun çəkdiyi filmdə polis obrazında Suğra xanıma vurduğum şilləyə görə indiyədək ürəyim ağrıyır. Şilləni vurmaq istəmirdim, Suğra xanım özü xahiş etdi ki, vurum, təbii alınsın. Özü də mən belə epizodlara cəmi bir dublla çəkildim”, – deyə Muxtar Maniyev qeyd edib.

Qeyd edək ki, həmkarları Muxtar Maniyevi Azərbaycan kinosunun “vuran əli” adlandırırdılar. Bu ifadə onun müxtəlif filmlərdə yer aldığı yaddaqalan şillə səhnələri ilə bağlı zarafatla işlədilən ləqəb kimi yadda qalıb.


media-adspc

Bənzər xəbərlər